“Qarabağ”ın səs-küylü transferi azarkeşlərin dilinə düşdü - FOTOLAR

22 May 2023 19:40 Qarabağ 6 724
“Qarabağ”ın səs-küylü transferi azarkeşlərin dilinə düşdü - FOTOLAR

“Qarabağ” sosial media hesablarında paylaşım edib.

Paylaşımda dörd futbolçunun fotosu yerləşdirilib ki, bu sözlər yazılıb:

“Komandamızın futbolçuları - Abdullah Zubir, Marko Yankoviç, Yassin Benzia və Rahil Məmmədov sağlamlıq tərəfdaşımız “Liv Bona Dea Hospital”da müayinədən keçiblər.

Kardioloji, qulaq, burun, boğaz, MRT, fizioterapevt yoxlanışından sonra futbolçularımızın sağlamlığında problem aşkarlanmayıb”.

Klub bu paylaşımı etməklə Benzianın başını dərdə salıb. Belə ki, ölkəmizdə çıxış etməyə başladığı gündən vaxtını əsasən zədələrinin müalicəsinə sərf edən fransalı yarımmüdafiəçi izləyicilərin sərt reaksiyası ilə üzləşib.

Daha doğrusu, Benzianın səhhətində problem aşkarlanmaması onları təəccübləndirib. Yazılan şərhlərin bi qismi ilə tanış olun:

“Benzia müayinəyə gəlib elə Bakıya”.

“Benziada problem çıxmayıbsa, apar tulla o xəstəxananı”.

“Üçüncü şəkilə 5 saniyə baxandan sonra Benzia zədələnir”.

“Benzia nə əcəb sağlam çıxıb?”

“Benzianı təkrar yoxlasınlar”.

“Benzia, səni hesabdakı şəkillərdən başqa heç yerdə görə bilmirik. Bəlkə özünü göstərəsən”.

“Benzia bu şəkildə nə şirin düşüb”.

“Əsas Benziadır, nə edirsiz edin, sağalsın”.

“Benzianın yoxlanışdan sağlam çıxdığına heç inanmıram”.

Qış fasiləsində “Qarabağ”ın səs-küylü transferi olan Yassin Benzia vaxtilə “Lion”, “Lill”, “Fənərbağça”, “Olimpiakos”, “Dijon”, “Hatayspor” kimi komandaların şərəfini qoruyub.

O, “köhlən atlar”ın heyətində yanvardan bu yana cəmi 5 oyunun iştirakçısı olmaqla cəmi 203 dəqiqə meydanda olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti