"İddiamızı ortaya qoyduq"

19 Sentyabr 2022 03:40 Qarabağ 501
"İddiamızı ortaya qoyduq"

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ikinci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Bəhlul Mustafazadə bu haqda açıqlama verib:

- Çətin oyun oldu. Belə çətin və önənli gündə qələbə qazandığımız üçün ikiqat xoşbəxtik. İddiamızı ortaya qoyduq. Növbəti oyunlara hazırlaşıb daha yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacağıq.

- Oyunda ən çətin nə idi?

- İlk hissənin əvvəlində bir az çətinlik çəkdik. Oyuna tam köklənə bilməmişdik. Sonradan toparlandıq və yaxşı oynayıb qollar vurduq.

- Bu qələbə "Olimpiakos"la oyunlar üçün mötivasiya oldu?

- Əlbəttə. 3 xalımız var. Bunu daha da artırıb qrupdan çıxmaq üçün çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti