"Pilləkəndən aşağı endik, "Qarabağ"la oyunda bizi döydülər"

18 Sentyabr 2022 13:40 Qarabağ 5 574
"Pilləkəndən aşağı endik, "Qarabağ"la oyunda bizi döydülər"

"İlk yarıda yaxşı vəziyyətdə idik. Amma sonradan pilləkəndən aşağı endik və bizi döydülər".

Sportinfo.az xəbər verir ki, bunu "Nant"ın futbolçusu Samuel Mutussami "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin II tur matçı barədə klubun rəsmi saytına müsahibəsində deyib.

26 yaşlı yarımmüdafiəçi ikinci yarıda rəqibdən daha zəif oynadıqlarını etiraf edib: "Oyunun intensivliyinə görə "Qarabağ" daha cəlbedici idi".

Azərbaycan təmsilçisi qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"