“Qarabağ“ AFFA-nın təklifinə “YOX“ dedi – Biz istəmirik

7 Avqust 2022 22:20 Qarabağ 5 076
“Qarabağ“ AFFA-nın təklifinə “YOX“ dedi – Biz istəmirik

«Qarabağ» rəhbərliyi klubda Müşahidə Şurasının yaradılması ilə bağlı AFFA-nın növbəti təklifini geri çevirib.

Ağdam təmsilçisi idarəetmə formasını dəyişmək niyyətində olmadığını federasiyanın diqqətinə çatdırıb.

«Köhlən atlar» bu modelin onlara uğur gətirməyəcəyinə əminlik ifadə edib.

Amma tezliklə Premyer Liqanın daha bir klubunda Müşahidə Şurası yaradılacaq. Bu dəfə sıra “Qəbələ”yə çatıb.

Bununla bağlı əyalət klubunda bununla bağlı müzakirələr aparılır, struktur dəyişikliyinə hazırlıq görülür.

Bu istiqamətdə növbəti addımı “Zirə” atıb. İdarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib.

İclasda bir sıra mühüm məsələlər müzakirə olunub və Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib. "Zirə" PFK-nın fəxri prezidenti Orxan Məmmədov Müşahidə Şurasının sədri seçilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"