"Qarabağ"ın rəqibi bu klubla qarşılaşacaq

27 İyun 2022 03:00 Qarabağ 763
"Qarabağ"ın rəqibi bu klubla qarşılaşacaq

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" yeni mövsüm öncəsi sonuncu yoxlama oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Poznan klubu "Yagelloniya" (Polşa) ilə qarşılaşacaq.

İyunun 28-i keçiriləcək matç media və azarkeşlər üçün qapalı olacaq.

"Lex" bundan əvvəl iki yoxlama oyununda "Vidzev"ə 1:2, "Poqon"a isə 0:1 hesabı ilə uduzub.

"Qarabağ" iyulun 5-i səfərdə "Lex"lə qarşılaşacaq. Bu komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti