"Qarabağ"da şans qazanmayan millinin üzvünə 2 ölkədən təklif gəldi

16 Oktyabr 2021 10:40 Qarabağ 2 749
"Qarabağ"da şans qazanmayan millinin üzvünə 2 ölkədən təklif gəldi

«Qarabağ»ıın qapıçısı Emil Balayev ölkə xaricindən 2 təklif alıb.

Ötən ilin yayında «Zirə»ni Ağdam klubuna dəyişən kiperə Türkiyə və Kiprdən dəvət gəlib.

Bu, hələ o demək deyil ki, millinin keçmiş «1 nömrə»si qışda Azərbaycanı yenidən tərk edəcək. 2020-ci ilin əvvəlində «Tobol»la müqaviləsini pozan «əlcək sahibi»nin «Qarabağ»la müqaviləsi gələn ilin yayında başa çatacaq.

Düzdür, o, Şahruddin Məhəmmədəliyevlə rəqabəti uduzur, bununla belə, Qurban Qurbanov onu vaxtından əvvəl yola salmağa hazırlaşmır.

Nə də olmasa, yerli qapıçıdır və hələ də ölkənin ən yaxşılarından sayılır. Balayevin gedişindən sonra legioner transfer etmək lazım gələcək ki, Qurbanov da bu mövqe üzərindən riskə getmək niyyətindən uzaqdır.

Emil də halından narazı görünmür. «Şah»ın liderliyini və daha yaxşıı formada olmasını qəbul edir, bu üzdlən ehtiyatda saxlanılmasına anlayış göstərir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"