“Qarabağ”la döyüşdük - Bu cür oyunlar insanın gözlərini açır“

8 Oktyabr 2021 13:40 Qarabağ 1 431
“Qarabağ”la döyüşdük - Bu cür oyunlar insanın gözlərini açır“

İrlandiya millisinin futbolçusu Cemi Makqrat 2019/20 mövsümündə “Dandalk”ın heyətində “Qarabağ”a qarşı keçirdikləri Çempionlar Liqası matçını xatırlayıb.

Sportinfo.az xəbər verir ki, hazırda Şotlandiyada - "Sent-Mirren"də çıxış edən 26 yaşlı vinger deyib:

“Evdə “Qarabağ”a qarşı döyüşdük. Yüz faizlik qol epizodlarını dəyərləndirə bilməmişdik. Rəqibi məğlib etməli idik.

Ən azı iki qol vura bilərdik. Mən də qol vurmağa yaxın olmuşdum. Səfər oyununda isə cəzalandırıldıq.

Avrokuboklardakı bu cür oyunlar insanın gözlərini açır. Ələ düşən imkanı dəyərləndirməsəz və rəqibə kiçik boşluq versəz, cəzalanacaqsız.

Bu, səhvlərə görə bizi cəzalandıran komandalarla ilk təcrübəm idi”.

“Qarabağ” 2019/20 mövsümündə Çempionlar Liqasının 2-ci mərhələsində İrlandiyanın “Dandalk”la komandasıyla ilk oyunda 1:1 hesablı heç-heçə etmiş, cavab oyununda isə rəqibini 3:0 hesabıyla darmadağın etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"