“Qarabağ” ona ehtiyac duymadı

6 Oktyabr 2021 20:40 Qarabağ 3 801
“Qarabağ” ona ehtiyac duymadı

Millilərin oyunları ilə bağlı yaranmış fasilə Azərbaycan Premyer Liqasınıni iştirakçılarının işini çətinə salıb.

İndi komandalar yoldaşlıq görüşü keçirmək üçün rəqib tapmalı, vaxt və yer müəyyənləşdirməlidir.

Maraqlıdır ki, digər komandalarla müqayisədə, “Qarabağ” buna ehtiyac duymayıb. Fasilənin qısa olduğunu nəzərə alan Qurban Qurbanov, futbolçulara istirahət və bərpa imkanı yaradıb.

Odur ki, “köhlən atlar” 2 həftəlik fasilə müddətində yoldaşlıq görüşü keçirməyəcək.

“Qarabağ” Premyer Liqanın 7-ci turu çərçivəsində oktyabrın 17-də “Sabah”ın qonağı olacaq. Bundan 4 gün sonra Avropa Konfrans Liqasının qrup mərhələsində “Kayrat”ı qəbul edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti