“Qarabağ” Kiprdə bu futbolçuların xidmətindən istifadə etməyəcək

27 Sentyabr 2021 13:40 Qarabağ 1 088
“Qarabağ” Kiprdə bu futbolçuların xidmətindən istifadə etməyəcək

Konfrans Liqasının qrup mərhələsinin II turunda "Omoniya"nın qonağı olacaq "Qarabağ"ın səfər proqramı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi sentyabrın 28-də saat 18:00-da çarter reysi ilə Kiprə yollanacaq.

Növbəti gün yerli vaxt 19:10-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. 19:30-da isə komandanın açıq məşqçi nəzərdə tutulub.

Zədələrini sağaldaraq məşqlərə başlayan Bədavi Hüseynov və Elvin Cəfərquliyevin Nikosiyadakı görüşdə iştirakı gözlənilmir.

"Köhlən atlar"ın ispaniyalı legioneri Xayme Romero əməliyyat olunduğu üçün ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.

Sentyabrın 30-da GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"