"QARABAĞ": "Bu futbolçuya müqavilə təklif etmişik, danışıqlar gedir"

16 İyun 2021 16:20 Qarabağ 1 960
"QARABAĞ": "Bu futbolçuya müqavilə təklif etmişik, danışıqlar gedir"

«Qarabağ» Flip Ozobiçə yeni müqavilə təklif edib.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, hazırda xorvatiyalı yarımmüdafiəçi ilə bu istiqamətdə danışıqlar gedir:

«Təklifin müddəti və şərtləri barədə hələlik heç nə deyə bilmərəm. Sadəcə, onu demək kifayətdir ki, klubumuz Ozobiçlə müqavilənin uzadılmasında maaraqlıdır.

Onun mövcud kontraktı iyunun 30-də başa çatacaq. Ozobiç 2 gündür komandaya qoşulub və gündəlik məşqlərdə iştiraak edir.

Müqavilənin yenilənməsinə ümidimiz böyükdür. Məsələ dəqiqləşəndən sonra bu barədə ictimaiyyətə daha geniş rəsmi açıqlama verəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"