Qurban Qurbanov Türkiyə yığmasına baş çəkdi, Güneş forma hədiyyə etdi - FOTO

14 İyun 2021 10:40 Qarabağ 1 439
Qurban Qurbanov Türkiyə yığmasına baş çəkdi, Güneş forma hədiyyə etdi - FOTO

Avropa çempionatının A qrupunun 2 oyununu Bakıda keçirəcək Türkiyə millisi Uelslə matçdan əvvəl ilk məşqinə çıxıb.

Sportinfo.az xəbər verir ki, "Bakcell Arena"da gerçəkləşən hazırlıq prosesində iki futbolçu iştirak etməyib.

Çağlar Söyüncü və Umut Meraş komandadan kənarda - fizioterapevtlə birlikdə zalda məşq etməli olub.

"Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov "ay-ulduzlular"ın təlim-məşq toplanışını ziyarət edib. Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş 49 yaşlı mütəxəssisə millinin imzalı formasını verib.

AVRO-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə qarşılaşacaq.

Kollektiv 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"