"Qarabağ"ın baş meneceri Türkiyə millisini ziyarət etdi

13 İyun 2021 16:20 Qarabağ 953
"Qarabağ"ın baş meneceri Türkiyə millisini ziyarət etdi

AVRO-2020-nin Bakıda baş tutacaq növbəti oyunu ilə əlaqədar Türkiyənin millisi artıq Bakıdadır.

Qardaş ölkənin komandasını hava limanında səfir Cahid Bağçı qarşılayıb.

"Evinizə xoş gəldiz. Türk dünyasına və könül coğrafiyamıza yeni bir coşqu bəxş edin. Sizə güvənirik. Stadionda qardaşlarınız, ekran qarşısında isə könül yoldaşlarınız olacaq", - deyə C.Bağçı vurğulayıb.

Bu gün "Qarabağ"ın baş meneceri Asif Əsgərov Türkiyə millisinin nümayəndə heyətini ziyarət eləyib.

"Ay-ulduzlular"ın qaldığı məkana yollanan klub rəsmisi onlara Uels və İsveçrə ilə qarşılaşmalarda uğurlar aarzulayıb. O, Sportinfo.az-a açıqlamasında bildirib ki, qardaş ölkə təmsilçisinin düşərgəsində əhval-ruhiyyənin qaydasında olduğunu müşahidə edib:

"Türkiyə yığmasının idari menecerlərlə münasibətim əvvəldən var. Dünən bura gəldiklərindən, bu səhər onlarla görüşdüm. Səmimi bir söhbətimiz oldu».



Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"