Super Liqann tanınımış hücumçusu "Qarabağ" yolunda?

12 May 2021 16:00 Qarabağ 2 239
Super Liqann tanınımış hücumçusu "Qarabağ" yolunda?

Karyerasının son illəri Türkiyə Super Liqasna bağlı olan daha bir tanınmış futbolçu Azərbaycana gələ bilər.

Həmin məşhur sima Huqo Rodnlleqadır.

Kolumbiyalı hücumçu «Denizlispor»dan ayrılmağa hazırlaşır. Maliyyə böhranı ilə üzləşən «xoruzlar» Super Liqa ilə vidalaşmalı olub.

Dənizlinin eyniadlı klubu bir çox komanda yoldaşı kimi, cənubi amerikalı forvardın da ödəmələrini etməyib.

Dörd aydır əməkhaqqıı almayan Rodalleqa düşdüyü durumdan şikayətçidir və gələn yay bitəcək müqaviləsini birtərəfli qaydada pozmaq niyyətindədir. Onun vəkilləri maliyyə sənədlərini toplayaraq, FİFA-ya göndərib.

35 yaşlı qolçu menecerlər vasitəsilə «Qarabağ»a təklif olunub. Kolumbiyalı ulduzun istədiyi illik məbləğ 600 min avrodur.

Son illərin dəyişməz Azərbaycan çempionu şərtlərlə tanışdır, sadəcə, hələ danışıqlar prosesi start götürməyib. Çünki Ağdam təmsilçisi birinci növbədə Mahir Emrelinin məsələsinə aydınlıq gətirməyə çalışır.

2015-ci ildən burada forma geyinən millinin üzvü müqaviləsini yeniləmək təklifinə isti yanaşmır. Onun fikri Avropadadır. Mahir legioner həyatı yaşamaq fikrindən daşınmasa, «Qarabağ» Rodalleqa variantını saf-çürük edəcək.

O, 2015-ci ildən Türkiyənin futbol publikasının gözü önündədir. «Akhisarspor»la başlayan Super Liqa erası 2 il sonra «Trabzonspor»la davam edib.

2019-cu ildə «Denizlispor»un yolunu tutan forvard bu komandanın heyətində 67 oyuna çıxıb və 20 qol vurub. Cənubi amerikalı bu illər ərzində Super Liqada 69 dəfə fərqlənib.

Türkiyəyə gələnə kimi İngiltərədə «Uiqan» və «Fulhem»in də formasını geyinmiş futbolçunun 2005-2011-ci illər ərzində Kolumbiya millisinə 44 dəfə dəvət almasını və 8 dəfə qol sevinci yaşamasını da qeyd edək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti