Mahir Emreli və Qara Qarayev "Sumqayıt"a qarşı oynayacaq?

10 Aprel 2021 22:20 Qarabağ 1 758
Mahir Emreli və Qara Qarayev "Sumqayıt"a qarşı oynayacaq?

Azərbaycan millisinin heyətindən "Qarabağ"a zədəli qayıdan Mahir Emreli və Qara Qarayevin zədələri davam edir.

Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Mahir Emrelinin "Sumqayıt"la oyunda oynamayacağı dəqiqdir. Böyük ehtimal Mahir kimi Qara Qarayev də "kimyaçılar"la görüşü kənardan izləyəcək.

Adıçəkilə futbolçulardan başqa bütün heyət baş məşqçi Qurban Qurbanov şans verəcəyi halda oynamağa hazır durumdadılar.

"Qarabağ" - "Sumqayıt" görüşü sabah 19:15-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti