PFL Premyer Liqa klublarının XAHİŞİNƏ "YOX" DEDİ

24 Fevral 2021 15:00 Qarabağ 1 184
PFL Premyer Liqa klublarının XAHİŞİNƏ "YOX" DEDİ

"Bu gün səhər saatlarından qarla bağlı məsələlərlə məşğuluq.

Hazırkı hava durumunu nəzərə alaraq, I Divizionun 3 oyununu təxirə salmışıq.

Tovuzdakı oyun isə keçiriləcək. Sabahkı Premyer Liqa oyunları barədə danışmaq isə çox tezdir".

Bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) Texniki idman şöbəsinin rəisi Elgiz Abbasov Premyer Liqanın XVII turunun oyunları ilə bağlı danışarkən deyib.

O bildirib ki, bütün Premyer Liqa klubları ilə əlaqədədirlər: "Bakının hər yerində qar var. Klublar və PFL olaraq, çalışırıq ki, stadionları sabah üçün hazır vəziyyətə gətirək və oyunları keçirək.

Hər hansı dəyişiklik etmək fikrimiz yoxdur. Amma indiki məqamda qərar hava şəraitindən asılıdır.

Ümid edirik ki, sabaha vəziyyət normalllaşacaq və görülən işlər nəticəsində qarşılaşmaları keçirmək mümkün olacaq. Amma yekun qərar stadionlarda, yerində verilə bilər. Məsələ rəhbərlik səviyyəsində diqqətdədir" (report).

Fevralın 25-də Premyer Liqada XVII turun oyunları keçirilməlidir. "Zirə" "Neftçi"ni, "Qəbələ" "Sumqayıt"ı, "Sabah" "Keşlə"ni, "Qarabağ" isə "Səbail"i qəbul etməlidir.

Qarşılaşmaların Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar 1 dəqiqəlik sükutla başlaması nəzərdə tutulub.

Sportinfo.az-ın məlumatına görə, bir neçə klub sabahkı matğnların ertələnməsi xahişi ilə PFL-ə şifahi müraciət edib. Buna əsas kimi paytaxtda oyunları qəbul edəcək stadionların drenaj sisteminin olmaması göstərilib.

Lakin onlar təşkilatçı qurumdan müsbət cavab almayıb. PFL təqvimdə boş qrafikin qalmamasını önə çəkib və istənilən halda oyunlarının təşkilinin nəzərdə tutulduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"