Premyer Liqada yenə nə dəyişiklik olacaq?

28 Avqust 2020 16:14 Premyerliqa 1 161
Premyer Liqada yenə nə dəyişiklik olacaq?

Premyer Liqada mövsümün qalan hissəsinin təqviminin açıqlanacağı vaxt bəlli olub.

Sportinfo.az xəbər verir ki, qurum tam təqvimi sentyabrın 1-də Çempionlar Liqasının pley-off, Avropa Liqasının isə III təsnifat mərhələsinin püşkündən sonra açıqlayacaq.

Avqustun 12-də, yəni, püşkatma günü klublara ilk dövrənin sxemi göndərilib ki, necə plan qurmalı olduqlarını bilsinlər. Tam təqvimi bir az gec açıqlamaq daha məqsədəuyğundur, nəinki hər turda ciddi dəyişikliyə getmək.

Avqustun 31-də Çempionlar Liqasının III və Avropa Liqasının II təsnifat mərhələlərinin püşkü atılacaq. Bundan sonra isə Çempionlar Liqasının pley-off, Avropa Liqasının isə III təsnifat mərhələsinin püşkatması olacaq.

Azərbaycan Premyer Liqasında ilk turun oyunları 21 - 23 avqustda keçirilib. II tur qarşılaşmaları isə 11 - 13 sentyabra planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti