"Sabah"ın sabahı Murad Musayevlə olarsa...

15 Noyabr 2022 23:40 Premyerliqa 888
"Sabah"ın sabahı Murad Musayevlə olarsa...

Masazırda ehtimal olunan gərgin, dramatik matç baş tutdu.

İllərdi Qurban Qurbanovun komandası qarşısındakı rəqibindən belə dirəniş, belə performans, belə mübarizə gözləyir. Ki, özü də oynamağa, maksimumun meydanda qoymağa məcbur qalsın.

Dünən "Bank Respublika Arena"da futbol adına hər şey vardı - Dolu tribunalar, mübariz futbol, sürətli hücumlar, qaçırılan epizodlar, ideala yaxın hakimlik və.s, və.i.

Hətta futbolun bəzəyi olan qolun yoxluğu belə nə tirbunada olanları, nə də ekran qarşısında matçı izləyənləri darıxmağa vadar etmədi.

Murad Musayevin komandası çempionata rəng qatmağa davam edir. Əldə edilən bərabərlik isə çempionluq mübarizəsinin hələ də bitməməsinə bir mesaj idi.

Paytaxt təmsilçisi belə davam edərsə, "köhlən atlar" üzərində qələbənin çox uzaqda olmadığını deyə bilərik.

Rusiyalı mütəxəssis cəmi bir ilə 14 ilin sisteminə qarşı mübarizə aparacaq kollektiv yarada bilib. Təbii ki, nöqsanlar, boşluqlar da yox deyil. Yəqin ki, ona olan yaxşı münasibət uzun müddət davam etsə, biz illər sonra ölkəmizdə "Qarabağ"dan sonra ikinci sanballı komandanı "Sabah"ın timaslında görə bilərik.

Belə davam etməsini isə hamımız arzu edirik. Ki, bundan qazanan təkcə klub yox, həm də ölkə futbolu olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti