"Neftçi" 1 gün geri çəkdi - FOTO

11 İyun 2020 18:20 Neftçi 510
"Neftçi" 1 gün geri çəkdi - FOTO

"Neftçi”nin "Qəbələ” ilə keçirəcəyi sınaq matçının vaxtı dəyişdirilib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 14-də deyil, 13-də oynanılacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması buna səbəb olub. "Bakcell Arena”da keçiriləcək yoxlama görüşü saat 19:00-da başlanacaq.

"Neftçi” hazırlıq çərçivəsindəki ilk sınaq oyununda dünən "Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti