Ata duelindən qalib ayrılan Qurbanov bala duelinə necə mane oldu?

5 Sentyabr 2022 23:40 Maraqlı 1 669
Ata duelindən qalib ayrılan Qurbanov bala duelinə necə mane oldu?

Premyer Liqanın 5-ci turunun açılış qarşılaşması Qəbələdə baş tutdu.

Burada "Kəpəz" "Qarabağ"ı qonaq etdi. Nə qədər qəribə yazılışı, səslənməsi olsa da...

Gəncə təmsilçisini meydana boş qalan baş məşqçi postunun müvəqqəti tapşırıldığı Xaliq Mərdanov çıxarmışdı.

Gənc mütəxəssisin ilk sınağı Azərbaycanın bir nömrəli mütəxəssisi Qurban Qurbanovla duelə təsadüf edirdi. Bu, hər nə qədər ağır sınaq sayılsa da, digər tərəfdən də bir gənc azərbaycanlı məşqçi üçün böyük fəxr və təcrübə sayıla bilərdi.

Gəncə təmsilçisinin minimal hesablı məğlubiyyəti ilə (0:1) başa çatan matç Məmmədov/Qurbanov duelindən əlavə, həm də oğulların dueli kimi tarixə keçə bilərdi. Amma...

Belə ki, Qurban Qurbanovun oğlu Musa Qurbanovun "Qarabağ"da oynamasını hamımız bilirik.

Dünən həm də rəqib çalışdırıcı Xaliq Mərdanovun oğlu Zahid Mərdanov da "Kəpəz"in iştirak ərizəsində yer alıbmış.

Qurbanov 1 dəqiqə belə oğluna şans vermədiyi halda Mərdanov 84-cü dəqiqədə oğlu Zahidi Abdullahi Şuaybunun yerinə meyda buraxdı.

Bir sözlə, ataların duelində qalib gələn Qurbanovun Musa ilə bağlı qərarı balaların tarixi duelinə mane olmuş oldu.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti