Rəşad Sadıqovla bağlı TARİXİ SƏNƏD üzə çıxdı - FOTOLAR

23 Dekabr 2021 19:00 Maraqlı 2 277
Rəşad Sadıqovla bağlı TARİXİ SƏNƏD üzə çıxdı - FOTOLAR

"Zirə"nin çalışdırıcısı Rəşad Sadıqovun futbolçu karyerasındakı ilk peşəkar müqaviləsini özündə əks etdirən sənəd üzə çıxıb.

Bu barədə məlumatı "Turan Tovuz"un mətbuat xidmətinin rəhbəri Suleyman Tağıyev öz "feysbuk" hesabında paylaşıb.

Sənəddən də göründüyü kimi Sadıqov ilk peşəkar müqaviləsini 2000-ci ildə "Turan"la bağlayıb. Həmin mövsümü Tovuz təmsilçisində 26 oyunda forma geyinən Sadıqov 4 dəfə fərqlənməyi də bacarıb.

Zəngin karyeraya sahib "böyük kapitan" sonrakı karyerasında ölkə klublarından yalnız "Neftçi" və "Qarabağ"ın formasını geyinib. Ölkə xaricində isə İranın "Fulad", Türkiyənin "Kayserispor", "Kocelispor" və Əskişəhərspor" kimi klublarda legioner həyatı yaşayıb.

Azərbaycan milli komandasında 111 oyun keçirmiş sabiq mərkəz müdafiəçisi ötən mövsümdən "Zirə"ni çalışdırır.

Xanoğlan İmanov / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti