Braziliyalı 35 yaşında Azərbaycana qayıtmaq istəyir

21 Sentyabr 2021 23:00 Maraqlı 1 757
Braziliyalı 35 yaşında Azərbaycana qayıtmaq istəyir

“Azərbaycandan ayrılandan sonra Braziliya klublarında oynadım.

Bildiyiniz kimi, koronavirus pandemiyasına görə bir çox ölkələrdə olduğu kimi, burda da çempionatlarda fasilələr yarandı, planlar qarışdı”.

Vaxtilə ölkəmizdə “Xəzər Lənkəran”, “Neftçi” və “Keşlə” kimi komandaların şərəfini qorumuş Denis Silva Sportinfo.az-a açıqlamasında bu fikirləri bildirib.

“Ötən il pandemiyaya görə alınmadı. Bu il “Rio Branko”da idim, sonra “İmperatriz”ə keçdim. Sonuncu klubda rəhbər şəxslərdən biri ilə sözüm düz gəlmədi deyə, ordan ayrılmalı oldum. Hazırda azad agentəm”.

Azərbaycan çempionu və ölkə kubokunun sahibi karyerasını ölkəmizdə davam etdirməkdə maraqlıdır: “Azərbaycan karyeramın uğurlu alındığını düşünürəm.

Həm ölkə çempionatını yaxından tanıyıram, həm də orda yaxşı dostlarım var. Bu dəqiqə idman formamı ideal hesab edirəm. Azərbaycandan təklif olsa, buna sevinərəm”.

Ölkəmizdə 3 fərqli komandada qol vurmuş 35 yaşlı braziliyalı, Azərbaycan karyerasında 200-dən çox oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti