Vüsal İsgəndərli qol pası verdi, "sarı" aldı, komandası qələbə qazandı

14 Sentyabr 2023 02:10 Bizimkilər 854
Vüsal İsgəndərli qol pası verdi, "sarı" aldı, komandası qələbə qazandı

Albaniya çempionatında 3-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatia" doğma meydanda "Erzeni"ni qəbul edib.

Qarşılaşma ev sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə çıxıb və 71-ci dəqiqədə əvəzlənib.

O, 22-ci dəqiqədə komandasının 3-cü qolunun ötürməsini edib. Vüsal 34-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Xallarını 6-ya yüksəldən "Eqnatia" 10 komanda arasında turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

"Eqnatiya" - "Erzeni" 4:3
Qollar:
Dvamena, 9 (1:0) 16 (2:0), 22 (3:0), Maliqi, 30 (3:1), Zeynullai, 39 (4:1), Mecje, 54 (4:2), Kahrimanoviç, 90+3 (4:3)

Digər Xəbərlər
Xəbər Lenti