İlkin Fikrətoğlu - "Partizan"ın dizini yerə qoyan "Sabah" haqda VİDEO

16 Avqust 2023 17:40 Sabah 1 411
İlkin Fikrətoğlu - "Partizan"ın dizini yerə qoyan "Sabah" haqda VİDEO

“Konfrans Liqasında bir komandaız da qrupda ola bilər.

Bəlkə də tələsdik bunu deməyə.

Amma “Sabah”ın Partizana qarşı oyunu gələcək üçün ümid verdi”.

Bu sözlər “Sportinfo TV”nin şef-redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış teleşərhçi Konfrans Liqasında debüt mövsümünü keçirən “Sabah”ın üçüncü təsnifat mərhələsində “Partizan”la keçirdiyi ilk matçı dəyərləndirib.

O, “tələbələr”in Serbiyanın adlı-sanlı klubuna 2:0 hesabıyla qalib gəlməsini tam layiqli hesab edir:

“Murad Musayevə, onun döyüşkən futbolçularına, sadəcə, afərin!

Hətta oyuna 1 gün qalmış baş məşqçiyə yaxınıaşıb naxələfcəsinə - “mən “Partizan”a qarşı oynamayacam” deyən, xəyalları Ərəbsitan çöllərində olan Coy Lens Mikelsin yoxluöunda belə, Musayev bu cür güclü rəqibin qarşısına sanballı bir komanda çıxardı.

Bu, “Partizan”ın avrukoboklarda 300-cü. “Sabah”ın isə 3-cü oyunu idi. “Partizan”da hər nə qədər maliyyə problemi yaransa da, büdcəsi “Sabah”dan azı 4 dəfə çoxdur.

Və bu, həmin “Partizan”dır ki, indiyədək heç bir Azərbaycan klubu onu məğlub edə bilməmişdi.

“İnter” heç-heç edib, sonra uduzub, “Neftçi” onlara qarşı keçirdiyi 4 matçın ikisində məğlub olub, 2-də heç heçə oynamışdı”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti