39 yaşlı “cavan”: “Hansısa çətinlik hiss etsəm, karyeramı dayandıracam”

26 Yanvar 23:00 Turan 1 592
39 yaşlı “cavan”: “Hansısa çətinlik hiss etsəm, karyeramı dayandıracam”

“Hansısa çətinlik hiss etsəm, vallah, karyeramı dayandıracam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un qapıçısı Kamal Bayramov deyib.

Təcrübəli kiperin bu il 39 yaşı tamam olacaq. O. 2022-ci ilin yayından etibarən doğma rayonunun komandasının şərəfini qoruyur. “Turan”la hazırkı sözləşməsi iyun ayınadək qüvvədədir.

Bayramov ondan sonra üçün nə planlaşdırır? Bu suala belə cavab verdi:

"Həmin vaxt vəziyyətə baxarıq. Hər zaman anlımın təri ilə meydanda olmuşum.

Komandama bütün gücümlə fayda verməyə çalışmışam. Alınmadığını hiss etdiyim anda getmək qərarı verəcəm".

Digər Xəbərlər
Xəbər Lenti