Ramil Şeydayevin Tayland klubunda problemi yaranıb, yoxsa..?

24 Oktyabr 2023 02:50 Bizimkilər 2 863
Ramil Şeydayevin Tayland klubunda problemi yaranıb, yoxsa..?

Azərbaycan millisinin hücumçu Ramil Şeydayev “Buriram Yunayted”in Tayland Liqasının 8-ci turunun "Çianqray Yunayted"lə matçında heyətə daxil edilməyib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Şeydayevin bu görüşdə oynamamasının səbəbi zədə və yaxud da baş məşqçi ilə münasibətinin problemi olması ilə əlaqədar deyil.

Məsələ burasındadır ki, son günlərdə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya (2:0) və Avstriyaya (0:1) qarşı oyunlarda güc sərf edən, eləcə də Taylanda uzun uçuşdan sonra “Buriram Yunayted”in məşqçilər korpusu ona istirahət vermək qərarına gəlib.

Şeydayevin komandası 8 turdan sonra 16 xalla dördüncü pillədə qərarlaşıb. Millimizin forvardın formasını geyindiyi klub növbəti matçını Asiya Çempionlar Liqası çərçivəsində “Melburn Siti”yə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!