Azərbaycan çempionatı xarici şirkətə verildi: “Çalışırıq ki, qiymət baha olmasın”

8 Avqust 2023 01:50 Premyerliqa 755
Azərbaycan çempionatı xarici şirkətə verildi: “Çalışırıq ki, qiymət baha olmasın”

Peşəkar Futbol Liqası fevralda "Insports.tv” ilə əməkdaşlıq müqaviləsi imzalamışdı.

Azərbaycan Premyer Liqasının və Birinci Divizionun tətbiq üzərindən yayımlanması ilə bağlı qurulan əməkdaşlıq ötən mövsümün sona çatması ilə bitdi.

PFL-in "İnsports”un işindən narazı qalması, üstəlik yayım qiymətlərinin baha olması səbəbindən bitən əməkdaşlığın ardından qurumun yeni şirkətlə anlaşacağı bildirildi. Artıq PFL başqa bir şirkətlə razılığa gəlib.

Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev qaynarinfo-ya açıqlamasında artıq bir şirkətlə razılıq əldə etdiklərini deyib:

"Hazırda danışıq aparırıq. Bu, təxminən bir ay davam edəcək.

Danışıqlar gedən müddətdə, özləri də razılaşıblar ki, hələlik oyunlar Peşəkar Futbol Liqasının Yutubdakı səhifəsində yayımlansın.

Bir aydan sonra xarici şirkətlə anlaşacağıq. Danışıqlar bitmək üzrədir. Böyük ehtimalla oyunlar tətbiq üzərindən yayımlanacaq.

Razılaşmışıq, özləri də təklif ediblər ki, hələlik Yutub üzərindən oyunları yayımlayaq. Düşünürük ki, bir aya işlər yekunlaşacaq.

Hələlik şirkətin adını açıqlamaq istəmirik. Rəsmiləşdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Çalışırıq ki, qiymət münasib olsun və oyunlar tətbiq üzərindən yayımlansın. "İnsports”dakı kimi baha olmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti