"Yaxşı keyfiyyətləri var, lakin səliqəsiz futbolçudur"

17 Avqust 2023 00:20 İngiltərə 920
"Yaxşı keyfiyyətləri var, lakin səliqəsiz futbolçudur"

"Mançester Yunayted"in keçmiş müdafiəçisi Rio Ferdinand "qırmızı şeytanlar"a keçəcəyi gözlənilən "Everton"un yarımmüdafiəçisi Amadu Onana haqda danışıb.

Sportinfo.az xəbər verir ki, "goal"a açıqlama verən Mançester klubunun sabiq üzvü 21 yaşlı futbolçu barədə bunları deyib:

"Onana "məhvedici" oyunçu deyil. Əgər onun bütün keyfiyyətlərini dəyərləndirirsinizsə, məncə,

Ten Haaqın oyun tərzinə uyğun gəlmir. Bəli, yaxşı futbolçudur, amma "Mançester Yunayted"ə uyğun olduğundan əmin deyiləm.

Bu, sanki yenidən Maruan Fellaini ilə müqavilə imzalamağa bənzəyir. Onana yoxsa, Fellaini daha effektivdir? Amrabat daha yaxşıdır.

Onanaya "Aston Villa" ilə görüşdə baxdın. Yaxşı keyfiyyətləri var, atletikdir, Fellainini xatırladır. Lakin səliqəsiz futbolçudur".

Digər Xəbərlər
Xəbər Lenti