Türkiyəli hücumçu pis vəziyyətə düşdü - 8 ay oynamayacaq

26 May 12:00 İspaniya 368
Türkiyəli hücumçu pis vəziyyətə düşdü - 8 ay oynamayacaq

Türkiyə millisinin və “Xetafe”nin hücumçusu Enes Ünal uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Sportinfo.az xəbər verir ki, o, La Liqanın 36-cı turunda səfərdə “Betis”ə 1:0 hesabıyla qalib gəldikləri matçda ağır zədə alıb.

Start heyətdə meydana çıxan futbolçu 7-ci dəqiqədə zədələnərək əvəzlənmək məcburiyyətində qalıb.

Müayinələrdən sonra türk hücumçunun zədəsinin ciddi olduğu məlum olub. Ünalın sağ dizinin çarpaz bağları qırılıb.

26 yaşlı forvard tezliklə əməliyyat olunacaq. Ünalın 6-8 ay müddətində yaşıl meydanlardan kənarda qalması gözlənilir.

Ünal cari mövsümdə La Liqa və İspaniya kubokunda cəmi 38 oyunda meydana çıxıb, 15 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu