Məğlubiyyətdən sonra getdi, "bu sizin işiniz deyil" cavabını verdi

18 Fevral 2021 10:20 İspaniya 1 015
Məğlubiyyətdən sonra getdi, "bu sizin işiniz deyil" cavabını verdi

Çempionlar Liqasının 1/8 finalının ilk oyununda PSJ-yə 1:4 hesablı məğlubiyyətdən sonra, "Barselona" futbolçularına iki günlük istirahət verilib.

Sportinfo.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilib ki, matç sonunda Katalaniya klubunun hücumçusu Antuan Qrizmann çarter reysi ilə ailəsinin yanına - Fransaya gedib.

Lakin hava limanını tərk etməzdən əvvəl, fransalı jurnalistlər ona çoxlu sual ünvanlayıblar. Sualların bəziləri olduqca şəxsi xarakter daşıyıb, hücumçu isə "Bu sizin işiniz deyil" cavabını verib.

Digər Xəbərlər
Xəbər Lenti