“Bura gələndən bəri onunla çalışmaqdan zövq alıram”

14 İyul 2020 09:56 İngiltərə 466
“Bura gələndən bəri onunla çalışmaqdan zövq alıram”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer komandanın qapıçısı David de Xea ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, norveçli mütəxəssis, ispan qolkiperi yüksək dəyərləndirdiyini deyib:

“O, fantastikdir. Bura gələndən bəri onunla çalışmaqdan zövq alıram. David bəlkə, 10 il daha burda oynamaq istədiyini bildirdi. Nə qədər müddət yüksək səviyyədə çıxış edəcəyi ona bağlıdır.

Daha vacib titullar qazanana qədər xoşbəxt olacağını düşünmürəm. Bəli, bir çox fərdi mükafat qazandı, amma de Xea fərdi mükafatları üstün tutan biri deyil.

O, komanda ilə birlikdə vacib uğurlar qazanmaq istəyir. “Mançester Yunayted”in qapıçısı olmaq üçün güclü zehniyyətə malik olmaq lazımdır. De Xeanın belə güclü zehniyyəti var”.

Digər Xəbərlər
Xəbər Lenti