Qurban Qurbanov nüfuzlu mükafata layiq görüldü - FOTOLAR

23 Oktyabr 2023 01:00 Qarabağ 1 763
Qurban Qurbanov nüfuzlu mükafata layiq görüldü - FOTOLAR

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova ədalətli oyun prinsiplərinə görə verilən ən nüfuzlu idman mükafatı “Jean Borotra World Fair Play Career” ilə təqdim olunub.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis mükafatı Beynəlxalq Feyr-Pley Komitəsinin (CİFP) Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan təqdimetmə mərasimində alıb.

Qurbanov karyerası ərzində ədalətli oyun prinsiplərinə sadiqliyinə görə verilən bu mükafata layiq görülən ilk azərbaycanlı kimi tarixə düşüb.

Komandabın baş məşqçisinin CİFP-in “Jean Borotra World Fair Play Career” və “Pierre de Coubertin World Trophy” mükafatlarına təqdimatı Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) tərəfindən gerçəkləşib. K

omitə onun bir dəfə deyil, karyerası boyu ədalətli oyun prinsiplərinə sadiq qalmasını nəzərə alıb və Qurbanovu daha nüfuzlu “Jean Borotra World Fair Play Career” mükafatına layiq görüb.

Qurbanov Konfrans Liqasının 2022-ci ildə keçirilən pley-off mərhələsinin “Qarabağ” – “Marsel” matçında İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirib.

2015-ci ildə “İnter”lə Premyer Liqa, üç il sonra “Kuban”la yoxlama oyununda hakimlərin səhv penalti qərarından sonra futbolçulara zərbəni qeyri-dəqiq vurmağı tapşırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"