Tanınmış hücumçu üzr istədi – Qalmaqallı müsahibəyə görə

5 Yanvar 2022 18:40 İngiltərə 460
Tanınmış hücumçu üzr istədi – Qalmaqallı müsahibəyə görə

“Çelsi”nin hücumçusu Romelu Lukakunun müsahibəsi klubda, fanatlar arasında böyük rezonansa doğurub.

Sportinfo.az xəbər verir ki, Lukaku “Çelsi”dəki rolundan narazılıq etmişdi.

Müsahibənin böyük rezonans doğurduğunu görən Lukaku üzr istəməli olub:

“Əziz fanatlar, müsahibəmlə sizləri üzdüyümü anlayıram. Buna görə də üzr istəyirəm. Bilirsiz ki, uşaqlıqdan bu klubla əlaqədəyəm. Ona görə də sizin üzüntünüzü yaxşı başa düşürəm.

Bundan sonra üzərimə bir vəzifə düşür: sizin inamınızı geri qaytarmaq. Sübut etməliyəm ki, kluba sadiqəm.

Məşqçilərdən və komanda yoldaşlarımdan da üzr istəyirəm. Hesab edirəm ki, müsahibə uyğun vaxtda verilməmişdi.

Bu məsələni keçmişdə buraxmaq istəyirəm. Bundan sonra sizi ancaq qələbələrlə sevindirmək niyyətindəyəm”.

Digər Xəbərlər
Xəbər Lenti