Premyer Liqa klubunu satın aldı – Serb biznesmen 

5 Yanvar 2022 15:40 İngiltərə 1 034
Premyer Liqa klubunu satın aldı – Serb biznesmen 

Serb biznesmen Draqan Şolak “Sautqempton”un nəzarət paketini alıb.

Sportinfo.az xəbər verir ki, biznesmen klub səhmlərinin 80 faizinə yiyələnib.

O, bunun üçün 120 milyon avro ödəyib.

Səhmlərin 20%-i isə Katarina Libherrdə qalıb. Verilən məlumata görə, “Sautqempton”un baş direktoru Martin Simens də vəzifəsində qalacaq.

Serb biznesmenin aldığı səhmlər Qao Çişenə məxsus idi. O, bu səhmləri 2017-ci ildə almışdı. “Sautqempton” 19 oyundan sonra 21 xal toplayaraq 14-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti