Premyer Liqamızda 2 klubun formasını geyindi, Honq Konqa getdi

23 Yanvar 2023 00:50 Hadisə 704
Premyer Liqamızda 2 klubun formasını geyindi, Honq Konqa getdi

“Zirə”nin və “Səbail”in sabiq legioneri Ali Siseyin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, sierra-lioneli müdafiəçi karyerasını “Lee Man”da davam etdirəcək.

Bu barədə Honq Konq klubunun saytı məlumat yayıb.

A.Sisey 2020-ci ilin yanvarından 2021-ci ilin yanvarına kimi “Zirə”də oynayıb. Daha sonra o, “Səbail”ə transfer olunub və 2021-ci ilin iyununda sözügedən klubdan ayrılıb.

28 yaşlı futbolçunun son klubu PSİS Semaranq” (İndoneziya) olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti