Məşhur rusiyalının oğlu “Turan”ın baş məşqçisi oldu

13 Yanvar 2022 13:00 Hadisə 1 785
Məşhur rusiyalının oğlu “Turan”ın baş məşqçisi oldu

Vladimir Qazzayev karyerasını yenidən Qazaxıstanda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, Qazzayev yerli Premyer Liqada çıxış edən “Turan”la anlaşıb.

Bu komanda ötən il çempionatı 12-ci pillədə başa vurub.

Qazaxıstanda yeni mövsüm martda başlayacaq. Rusiya yığmasının sabiq baş məşqçisi Valeri Qazzayevin oğlu daha əvvəl “Aktobe” və “Tobol”u çalışdırıb.

O, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol"dan 2019-cu ilin iyulunda istefa verib. Klubun rəsmi saytı bu qərarı yeni inkişaf istiqaməti ilə əlaqələndirib.

"Tobol"un Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Jöness"ini üstələyə bilməyib. Hər iki oyun heç-heçə başa çatsa da, "Jöness" səfər qolu sayəsində mərhələ adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti