Belçika Ermənistanı rüsvay etdi, hesab 19:0 oldu

26 Noyabr 2021 02:40 Hadisə 570
Belçika Ermənistanı rüsvay etdi, hesab 19:0 oldu

Qadın futbolçular arasında DÇ-2023-ün Avropa zonası üzrə seçmə mərhələsində qeyri-adi nəticə qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, buna Ermənistan yığması səbəb olub.

F qrupunda baş tutan görüşdə Belçika millisi erməniləri meydana çıxmağa peşman edib. “Qırmızı iblislər” bu qarşılaşmada 19 cavabsız qol vurublar.

İlk 10 dəqiqədə 4 dəfə qol sevinci yaşana belçikalılar fasiləyədək 11 dəfə rəqib qapısına yol tapıb. İkinci hissədə daha “rəhmli” olan belçikalılar 8 qol da vuraraq hesabı 19:0 edib.

5 oyunun hamısında uduzan ermənistanlılar qol vurmasa da, 36 top buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti