“Omoniya”lı futbolçu “Qarabağ”lı Abbasdan üzr istədi, formasını aldı - FOTO

26 Noyabr 2021 02:20 Hadisə 3 686
“Omoniya”lı futbolçu “Qarabağ”lı Abbasdan üzr istədi, formasını aldı - FOTO

“Omoniya”nın futbolçusu Kiko “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovla formasını dəyişib.

Sportinfo.az xəbər verir ki, buna səbəb matç zamanı portuqaliyalı futbolçunun qarşılaşmanın 1-ci yarısında “Qarabağ”ın oyunçusuna qarşı kobud oynamasıdır.

Bu, Kiko ilə Kadi Borges arasında mübahisəyə səbəb olub. Görüşün danimarkalı baş hakimi Morten Krox onları sakitləşdirib.

Qarabağ - Omoniya matçında insident baş verib

Referi Kiko ilə yanaşı onun komanda yoldaşı Mixal Dyurişə və Kadi Borgesə sarı vərəqə göstərib.

Kiko qarşılaşmadan sonra stadionun içində Abbası gözləyib. Kobud oynadığına görə ondan üzr istəyərək formasını istəyib (qafqzinfo).

Digər Xəbərlər
Xəbər Lenti