XİN Ceyhun Bayramovla Mayk Pompeo arasındakı görüş haqda məlumat yaydı

23 Oktyabr 2020 19:37 Gündəm 799
XİN Ceyhun Bayramovla Mayk Pompeo arasındakı görüş haqda məlumat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi XİN rəhbəri Ceyhun Bayramovla ABŞ Dövlət katibi Mayk Pompeo arasında baş tutan görüşlə bağlı məlumat yayıb.

XİN-dən Sportimfo.az-a verilən məlumata görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.

Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır. Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!