"Allah qoysa, hamınızı doğma Zəngilanda qonaq edəcəm" - Elnur Əşrəfoğlu

21 Oktyabr 2020 18:06 Gündəm 638
"Allah qoysa, hamınızı doğma Zəngilanda qonaq edəcəm" - Elnur Əşrəfoğlu

"Doğma torpaqlarımız, ata-baba yurdumuz işğaldan azad olunur. Bundan gözəl nə xəbər ola bilər ki?"

Bu sözləri Sportinfo.az-a Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu deyib.

Tanınmış Zəngilanlı həmkarımız idman mediası ilə bağlı planlarını da dilə gətirib: "Rəşadətli ordumuzun tezliklə Şuşada, Xankəndində də üçrəngli bayrağımızı dalğalandıracağı günü səbirsizliklə gözləyirik. Allah qoysa, hamınızı doğma Zəngilanda qonaq edəcəm, sizə qara quzulardan kəsib, kabab bişirəcəm, tut,zoğal arağı vuracağıq".

Qurum rəsmisi Azərbaycan ordusuna və Ali Baş Komandana təşəkkür etməyi də unutmadı: "Dünən o qədər zəng gəldi ki.. Kimə cavab verə bilmədimsə, üzürlü hesab etsin. İnanıram ki, mən də tezliklə bütün Qarabağlıları Qubadlı, Ağdam, Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər ocaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edəcəm. Var olsun Ali Baş Komandamız! Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!"

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!