“Bütün cəbhə boyu nəzarət ordumuzun əlindədir”

19 Oktyabr 2020 21:30 Gündəm 560
“Bütün cəbhə boyu nəzarət ordumuzun əlindədir”

“Ermənistan atəşkəsdən azad edilmiş əraziləri yenidən tutmaq və qoşunları toplamaq üçün istifadə etdi”.

Sportinfo.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

O bildirib ki, humanitar atəşkəsindən sonra Ermənistan Cəbrayıl, Hadrut və digər istiqamətlərdə Ordumuzun mövqelərinə hücum etməyə cəhd edib:

“Bunun üçün hətta ermənilər təyyarələrdən də istifadə etdilər və Azərbaycan bunları məhv etdi. Bütün cəbhə boyu ərazilərə nəzarət Azərbaycan Ordusunun əlindədir.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində məhv edilən erməni hərbi texnikaları göstərdi ki, Ermənistan işğal edilmiş ərazilərdə necə böyük hərbiləşmə həyata keçirib.

Azərbaycan Ordusu döyüş əməliyyatlarında hərbi və mülki obyektləri ayırır. Biz səy göstərdik ki, mülki əhaliyə heç bir zərər dəyməsin. Ermənistan tərəfi isə açıq şəkildə mülki əhalini hədəf alır. Gəncədə baş verənlər tarix kitablarına düşəcək.

Məncə, ilk dəfədir ki, belə bir raket mülki əhaliyə qarşı istifadə olunur. Bununla yanaşı, Azərbaycan Dağlıq Qarabağda yaşayan mülki əhaliyə döyüş zonasından uzaqlaşmaq barədə xəbərdarlıq edib.

Buna baxmayaraq, Ermənistan tərəfi münaqişə zonasındakı sakinlərin bölgəni tərk etməsinə qadağa qoyub. Bununla da onların niyyəti mülki əhalini qalxan kimi istifadə edərək işğalı davam etdirməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"