Ermənilər qocaları döyüşə çağırır - Düşmən qorxuda

27 Sentyabr 2020 12:48 Gündəm 1 001
Ermənilər qocaları döyüşə çağırır - Düşmən qorxuda

Dağlıq Qarabağdakı separatçı qüvvələr və Ermənistanın silahlı birləşmələri Azərbaycanın nizami Ordusu qarşısında duruş gətirə bilməyəcəyini görüb yaşlı könüllülərə çağırışlar edirlər.

Sportinfo.az xəbər verir ki, bu barədə "Voskanapart" könüllüləri sosial şəbəkələrdə məlumatlar paylaşırlar.

Onlar birinci Qarabağ döyüşlərində iştirak etmiş ahıl yaşlı və qoca erməniləri öz "təcrübələrindən" istifadə etməyə və "ordu sıralarına" yazılmağa çağırırlar.

Onlar təkcə işğal altındakı Azərbaycan ərazilərindəki separatçı yaşlı döyüşçülərə deyil, Ermənistandakı "müharibə veteranlarına" da müraciət ünvanlayıblar.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!