“Xan Lənkəran“ Dünya Finalı üçün Qətərə yollanır

19 May 2022 15:00 Gündəm 1 850
“Xan Lənkəran“ Dünya Finalı üçün Qətərə yollanır

“Xan Lənkəran“ Qətərə yollanacaq. Azərbaycanda keçirilən “Red Bull Neymar Jr’s Five” yarışmasının son qalibi olan komanda Dünya Finalının ilk dəfə keçiriləcəyi Qətərə vəsiqə qazanıb.

16 iştirakçı arasında birinci yeri tutan kollektiv mayın 21-də ərəb ölkəsinə yollanacaq.

Oyunların keçiriləcəyi yerin isə təhsil, tədqiqat və icma inkişafı sahələri üzrə çalışan 50-dən çox qurumdan ibarət qeyri-kommersiya təşkilatı - Qətər Fondu olacağı gözlənilir.

Qətər bu il tarixində ilk dəfə dünya çempionatına da ev sahibliyi edir. Qısası, dünyanın hər yerindən həvəskar və peşəkar oyunçularla yanaşı, fanatlar da bu böyük futbol ilində Qətərə gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"