İki legioner çıxıb getdi, yığmamızın üzvü ilə ayrılıq şərtləri danışılır

19 May 2022 11:00 Gündəm 1 073
İki legioner çıxıb getdi, yığmamızın üzvü ilə ayrılıq şərtləri danışılır

Azərbaycan millisinin futbolçusu Namiqk Ələskərovun çıxış etdiyi "Bursaspor" iki legioneri ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı müdafiəçi Luka Tsapan və almaniyalı hücumçu Rici Ofosu klubla müqavilələrini birtərəfli şəkildə ləğv ediblər.

Türkiyə Futbol Federasiyasının rəsmi saytında da bununla bağlı məlumat yerləşdirilib.

Bursa təmsilçisinin rəhbərliyi Ələskərovla yanaşı, digər əcnəbi futbolçularla isə danışıqları davam etdirir. Tezlikla həmin oyunçuların da sözləşməsinə xitam veriləcək.

Namiq Ələskərovun "Bursaspor"la 2023-cü ilin yayınadək müqaviləsi var. Lakin klub II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, 27 yaşlı yarımmüdafiəçi ilə də yollar ayrılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"