Ermənilər yenə təxribat törətdi: Kəlbəcər istiqamətində...

14 May 2022 19:10 Gündəm 540
Ermənilər yenə təxribat törətdi: Kəlbəcər istiqamətində...

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - qurumdan bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti