Rövnəq Abdullayevdən tapşırıq: Klubların şikayətçi olduğu bu şəxsi işindən azad edin!

11 May 2022 10:40 Gündəm 1 568
Rövnəq Abdullayevdən tapşırıq: Klubların şikayətçi olduğu bu şəxsi işindən azad edin!

AFFA prezidenti Rövnəq Abdullayev federasiyada islahatların aparılmasına dair göstəriş verib.

Elxan Məmmədovun icraçı vitse-prezident postundan gedişindən sonra qurumun fəaliyyətində yeniliklər etməyə ehtiyac duyan rəhbər şəxs bu işlərin qısa müddətdə başa çatdırılmasını tapşırıb.

«Qara siyahı»ya düşənlərin ilk sırasında Fritz Stuxlik gəlir. 2019-cu ilin sentyabrında Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri postuna təyinat alan avstriyalı ilə görüşmələr artıq başlayıb.

Onunla danışıqlarda əsas məqsəd 3 illik müqaviləyə vaxtından əvvəl, amma qarşılıqlı razılaşma əsasında xitam verməkdir.

AFFA prezidenti aylıq maaşı 20 min avro təşkil edən Stuxlikə təzminat ödəmək istəmir. Sədr vəzifəsində Xaqani Məmmədovu əvəzləmiş qərbi avropalı yarıtmaz fəaliyyəti ilə federasiyanı klublarla üz-üzə qoyub.

Demək olar Premyer Liqa təmsilçilərinin hamısı hakimliklə bağlı federasiyaya çoxsaylı şikayətlər ünvanlayıb. Klublar Komitəsinin son iclasında da bu problem geniş müzakirə edilib, hakimlərin səviyyəsinin aşağı olmasına dair faktlar səsləndirilib.

AFFA-nın Stuxlikdən üz döndərməsinin digər səbəbi şəxsi işləri və kurasiyasında olan sahənin mənsubları ilə yaşadığı problemlərlə əlaqədardır.

Bir çox hakimlər ondan narazılığını açıq formada ifadə edib, avstriyalının onlara və işə yanaşması ilə bağlı burada yaza bilməyəcəyimiz bilgilər veriblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI