“Türkiyə və Azərbaycan Prezidentləri Ermənistana sülh əlini uzadıblar”

9 Yanvar 2022 12:30 Gündəm 695
“Türkiyə və Azərbaycan Prezidentləri Ermənistana sülh əlini uzadıblar”

“Türkiyə bundan sonra da qardaş Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcək”.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ankarada jurnalistlərə müsahibəsində deyib.

Akar bildirib ki, Cənubi Qafqazda Türkiyənin məqsədi uzunmüddətli sülh və sabitlikdir:

“Türkiyə və Azərbaycan Prezidentləri Ermənistana sülh əlini uzadıblar. Ümid edirik ki, bu jest İrəvanda layiqincə qiymətləndiriləcək. Bu, təkcə Azərbaycan və ya Ermənistanı deyil, bütövlükdə regionu narahat edən məsələdir. Cənubi Qafqaz sabitlik adasına çevrilməlidir”.

O, ötən ilin yanvar ayının 30-dan Azərbaycanda Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin fəaliyyət göstərdiyini xatırladıb:

“Biz məsələyə müsbət yanaşırıq. Atəşkəs rejiminin pozulması hallarının sayı azalmaqdadır.

Biz sabitliyin daha da yüksək səviyyəsinə ümid edirik. Türkiyə və Rusiyanın birgə addımları dünyaya və uzunmüddətli atəşkəsə töhfə verir”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!