İtaliya Millətlər Liqasında 3-cü yeri tutdu - VİDEO

10 Oktyabr 2021 23:40 Gündəm 994
İtaliya Millətlər Liqasında 3-cü yeri tutdu - VİDEO

UEFA Millətlər Liqasında 3-cü yer uğrunda görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, son Avropa çempionu İtaliya Belçika ilə üz-üzə gəlib.

Turin şəhərindəki "Yuventus" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 46-cı dəqiqədə Nikolo Barella açıb. 65-ci dəqiqədə Domeniko Berardi penaltidən fərqi artırıb. Belçika millisinin təsəlli qolunu 86-cı dəqiqədə Şarl De Ketelare vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"