Türkiyədən gələn həkim komada olan Qəhrəman Əliyevi müayinə etdi və…

14 İyul 2021 11:00 Gündəm 1 207
Türkiyədən gələn həkim komada olan Qəhrəman Əliyevi müayinə etdi və…

Ötən ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev hələ də komadadır.

Məşqçinin yaxınlarının Sportinfo.az-a verdiyi məlumata görə, onun sağlıq durumu ağır-sabit olaraq qalmaqdadır.

Yoluxma nəticəsində beyin insultu keçirmiş mütəxəssis bugünlərdə növbəti dəfə müayinə edilib. Türkiyədən gəlmiş doktor pasiyentin səhhəti ilə bağlı qəti fikir bildirməyib. O, müalicə prosesinin davam etdirilməsi rəyi üzərində dayanıb.

Burada digər bir problem odur ki, hərəkətsiz vəziyyətdə qalan məşqçinin bədəninin müxtəlif hissələrində yaralar əmələ gəlib.

Son 8 ayda 60 kiloya yaxın çəki itirən xəstənin xüsusən kürək nahiyəsində yaranan yaralar narahatedicidir. Aylardır onun ayrıca müalicəsi aparılır, lakin bu müddətdə irəliləyiş əldə etmək mümkün olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!