"Transferlər gözləyirik, sifariş ərizəmizdə boş yerlər mövcuddur"

11 İyul 2021 21:00 Gündəm 836
"Transferlər gözləyirik, sifariş ərizəmizdə boş yerlər mövcuddur"

"Soçi" qarşıdakı mövsümün startınadək bir neçə mövqeyi gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Vladimir Fedotov keçirdiyi mətbuat konfransında açıqlama verib.

"Transferlər gözləyirik. Gücləndirilməli mövqelərimiz var. Sifariş ərizəmizdə boş yerlər mövcuddur" deyən Fedotov özlərinə əminlikdən ötrü yeni oyunçuların alınmasının vacibliyini dilə gətirib.

Onun fikrincə, futbolçu çatışmazlığı oyuna da təsirini göstərə bilər. Bu baxımdan, baş məşqçi rotasiyalara gərək duyduqlarını vurğulayıb.

"Soçi"nin yeni mövsümdə ilk rəsmi matçı 22 iyula təsadüf edəcək. Fedotovun rəhbərlik etdiyi kollektiv həmin gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyununda "Keşlə"ni qəbul edəcək.

Bunadək isə Rusiya təmsilçisi 10 - 18 iyulda Moskva və Moskvaətrafında Parimatç Premyer Kubokuna qatılacaq. Həmin turnirdə "Spartak", "Rubin" və "Ximki" də iştirak edəcək.

Fedotov bildirib ki, əsas məqsəd turnir zamanı yeni oyunçuları nəzərdən keçirməkdir: "Biz 7 oyunçu itirmişik. Onlardan bəziləri, məsələn, Anton Zabolotnı vacib idi.

Bir neçə oyunçumuz heç bir oyun keçirməyib. İstəyimiz keyfiyyətli hazırlaşmaq, qarşıya qoyulan vəzifələri həll etməkdir".

İyulun 22-də "Fişt" stadionunda keçiriləcək "Soçi" - "Keşlə" matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

İyulun 26-da Rusiya Premyer Liqasında ilk turun "Nijni Novqorod"la görüşünə çıxacaq "Soçi" iyulun 29-da Bakıda "Keşlə" ilə cavab oyununu keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"