İngiltərə və Danimarka finala çıxmaq üçün üz-üzə gəlir

7 İyul 2021 23:00 Gündəm 837
İngiltərə və Danimarka finala çıxmaq üçün üz-üzə gəlir

Bu gün Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, bununla da turnirin ikinci finalçısının adına aydınlıq gələcək.

Həlledici görüşə son vəsiqə uğrunda İngiltərə və Danimarka yığmaları üz-üzə gələcək.

Londondakı "Uembli" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Denni Makkeli idarə edəcək.

AVRO-2020-də qol buraxmayan britaniyalılar doğma meydan amilindən də istifadə edib finala çıxmaq niyyətindədir.

Danimarkalılar isə turnirin əsas favoritlərindən birini mübarizədən kənarlaşdırmaqla sensasiya etmək arzusundadır.

Bu oyunun qalibi finalda İtaliya millisinin rəqibi olacaq.

23:00. İngiltərə - Danimarka

Baş hakim: Denni Makkeli (Niderland)London, "Uembli" stadionu

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"